Siyasətçilər 9 yaşlı qızı hədəf aldı - Himni oxumadığı üçün


17:30     15 Sentyabr 2018 18_09_15_1537003749.jpg


9 yaşlı avstraliyalı qız Harper Nielsen himn çalınan zaman sayğı duruşunda durmadığına görə ictimaiyyətdə böyük qınaq obyektinə çevrilib.

Femida.az xəbər verir ki, cəmiyyət bu hərəkəti birmənalı qarşılamayıb. Bir çox siyasətçi də daxil olmaqla, insanlar qızın məktəbdən atılmasını tələb ediblər.

CNN-ə danışan Nilsen isə sayğı duruşuna keçməmə səbəbini belə izah edib:

"Bu himn yerli xalqa hörmətsizlikdir. Çünki həmin himn əsl Avstraliya xalqına aid deyil. O yalnız gəlmə ağ adamlara aid olunub. Burada yerli əhali 50 min il əvvəl yaşayıb. İndi burada yerlilər çox azdır. Avstraliyanın əsl sakinləri ümumi ölkə əhalisinin cəmi 2 faizi qədərdir. Həmin 2 faizin yaşayış səviyyəsi isə digərlərindən çox aşağıdır".



Ölkənin sağçı senatoru Paulin Hanson bu hadisədən sonra deyib ki, Avstraliyada məktəblər beyin yumaqla məşğuldur:

"Həmin uşaq məktəbdən xaric olunmalıdır. Biz burada bir xalqıq. Yerli əhali də bizim bir parçamızdır. Bu uşaq səhv yoldadır, buna görə onun valideynlərini günahlandırıram".

Avstraliyanın sabiq baş naziri Toni Abot isə "himni oxumaq sadəcə dəstəkləmək üçün yaxşı əxlaq və nəzakətdir" deyərək etiraz edib. Siyasətçi Yarod Bley isə daha sərt sözlər işlədib:

"Valideynləri o qızı siyasi bir oyuncaq olaraq istifadə etməsinə görə utanmalıdırlar. Axmaq etirazı dayandırın, qalxın və himninizi qürurla oxuyun. Himn müddətində əyləşmək Avstraliyalı veteranlara hörmətsizlikdir”.

CNN-ə danışan Harperin atası Mark Nielsen isə qızının etirazından qürur duyduğunu söyləyib:

"Əvvəlcə həyəcanlandım. Qızımın bu yaşda bu düşüncələrdə olmasından inanılmaz dərəcədə qürur duyuruq. Ölkənin yerli əhalisi də daxil olmaqla, bir çox müsbət reaksiyalar alırıq. Lakin bəzən nifrət məktubları da göndərirlər. İnsanlar istədiklərini söyləməkdə azaddır. Qızım yaşına görə zəif fikirli görünə bilər, amma yenə də özünü ifadə etmək azadlığı var".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Avstraliya   #himn   #məktəb   #uşaq  

Oxunub: 2745