Hərbi helikopter qəzaya uğradı, sonra atəşə tutuldu - 5 ölü


18:58     15 Sentyabr 2018 2018/09/helikopter_0854_1537006195.jpg

Əfqanıstanın qərbindəki Fərəh əyalətində hərbi helikopter qəzaya uğrayıb.


Femida.az xəbər verir ki, hadisə nəticəsində helikopterin pilotu ilə yanaşı, daha 4 hərbçi həlak olub.

Qeyd olunur ki, texniki nasazlıq səbəbi ilə helikopter bölgədə təcili eniş etməli olub. Eniş zamanı isə helikopter "Taliban" silahlıları tərəfindən atəşə tutulub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1171