İlham Əliyev və Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib


20:49     15 Sentyabr 2018 18_09_15_1537015902.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Femida.az xəbər verir ki, burada dövlət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoydular.

Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar.

Açar sözlər:

Oxunub: 410