Bakıda möhtəşəm 100 illik parad keçirilir


21:02     15 Sentyabr 2018 18_09_15_1537017480.jpg


Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi. Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi. “Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirildi.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxış etdilər. Çıxışlardan sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi oldu.

Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçdilər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil oldular.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi oldu.

***


Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupunun Bakı səmasında nümunəvi uçuşları həyata keçirilib.

“Türk Ulduzları” Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda möhtəşəm aviaşou nümayiş etdirib.



























Femida.az

Açar sözlər: #Baki   #parad  

Oxunub: 2228