ABŞ BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı
22:49 15 Sentyabr 2018
ABŞ bir sıra ölkələrin Şimali Koreyaya qarşı sanksiyalara əməl etməməsini əsas gətirərək BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Femida.az xəbər verir ki, ABŞ BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin sözlərinə görə, eskpertlər Şimali Koreyaya neft tədarükünə dair hesabat hazırlamalıdırlar.
O qeyd edib ki, tədarükün bir qismi Rusiya gəmiləri vasitəsi ilə həyata keçirilir.
ABŞ dövlət katibi Mayk Pompeo isə Rusiyanı BMT Təhlükəsizlik Şurasının Şimali Koreya üzrə komitəsinə təsir göstərmək cəhdində ittiham edib.
Qeyd edək ki, ABŞ sanksiyalardan yan keçməklə, Şimali Koreyaya neft məhsullarını daşıyan gəmilərin hərəkətini izləyəcək mərkəz yaratmaq qərarına gəlib.
Femida.az
Oxunub: 1356
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb