Paşinyan Koçaryanı və Sarkisyanı “siyasi meyit” adlandırdı


01:59     16 Sentyabr 2018 2018/04/pasinyan_1523960945.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanı siyasi meyit adlandırıb.
Erməni KİV-lərinin yaydığı məlumata görə, Paşinyan onların ölkənin daxili siyasətinə daha təsir etmək gücünə malik olmadıqlarını bildirib:

“Artıq bəyan etmişəm ki, Robert Koçaryan və Serj Sarkisyan daha siyasi faktor deyil. Onlar siyasi meyitdir. Lakin bu, o demək deyil ki, siyasi meyit ola-ola qanun qarşısında cavab verməməlidirlər”.

Açar sözlər:

Oxunub: 1769