Balakəndə ana və uşağı maşın vurdu
02:32 16 Sentyabr 2018
Günorta saatlarında Balakən şəhərinin Heydər Əliyev prospektində piyadavurma hadisəsi baş verib.
Femida.az-ın Report-a istinadən məlumatına görə, rayonun Gərəkli kənd sakinləri - 1976-cı il təvəllüdlü Nailə Cəlal qızı Güliyeva 11 yaşlı oğlu Abdulla Rüfət oğlu Güliyev ilə yolu keçmək istəyən zaman “VAZ-21099” markalı minik avtomobili onları vurub.
Hadisədən sonra N.Güliyeva və oğlu Abdulla Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan “Report”a bildirilib ki, Nailə Güliyevaya başın təpə nahiyəsinin əziyi və hər iki dizin zədəsi, oğlu Abdullaya isə sol bud sümüyünün orta üçdəbirinin qapalı qəlpəli sınığı və hər iki dizin zədəsi dioqnozu qoyulub. Ana və oğulun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1065
Oxşar xəbərlər
- Balakəndə 28 yaşlı kişinin qulağını kəsən şəxs saxlanılıb
- Balakəndə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5-i yaralanıb
- Balakəndə həyətyanı sahəsini narkotik plantasiyasına çevirən qadın saxlanılıb
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 nəfər saxlanılıb
- Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi barədə araşdırma başlanıb
- Balakəndə videolarını sosial şəbəkədə paylaşan avtoxuliqan sürücü həbs olunub
- Balakəndə 75 yaşlı kişi yanaraq ölüb
- Balakəndə marixuana çəkib, sərnişin daşıyan sürücülər saxlanılıb
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib
- Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanııb