Masallıda 3 otaqlı evdə yanğın olub

Masallıda 3 otaqlı evdə yanğın olub


12:13     16 Sentyabr 2018 1431007777_yangin-hadisesi-bash-verib.jpg

Masallıda yanğın baş verib.
Femida.az -ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının taxtadan ibarət pəncərə çərçivəsi 5 m² sahədə, aynabəndinin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1063