İsrailli politoloq: “Paşinyan Azərbaycanı müharibəyə təhrik edir”
14:08 16 Sentyabr 2018
Femida.az xəbər verir ki, İsrailli politoloq Yuri Boçarov virtualaz.org-un əməkdaşı ilə söhbətində bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan üzərinə düşmüş hakimiyyət yükünü saxlamaq naminə xalqa, müxalifətə, Qərbə, Rusiyaya və digər geosiyasi oyunçulara yarınmalıdır.
"Baş nazir Nikol Paşinyanın mövqeyini mən "müəyyənləşdirilməmiş" kimi xarakterizə edərdim. Bir tərəfdən, onun hakimiyyətə gəlişi Qərb qüvvələrinin iştirakı olmadan qeyri-mümkün idi və buna görə, təbii ki, "ödəniş" edilməlidir və prinsip etibarilə onun Ermənistanın qərbyönümlü inkişaf yolu barədə dediklərini də bu istək formalaşdırır. Digər tərəfdən, o, hələ də həm iqtisadi, həm də hərbi baxımdan özünün şimal qonşusunun möhkəm qollarının arasındadır və şimal qonşusu bu cür təhlükəli regionda daha bir respublikanı əldən verməyi qətiyyən arzulamır. Ən başlıcası isə, sabiqlərdən ibarət müxalifət və insanları yenidən küçəyə çıxmağa vadar edə biləcək Ermənistandakı iqtisadi vəziyyətdir", - Boçarov deyib.
Ekspertin fikrincə, öz bəyanatları ilə Azərbaycan hakimiyyətini təxribata çəkməyə çalışan Paşinyan onu yaxın perspektivdə nələrin gözləyə biləcəyindən xəbərsizdir.
"Deyilənə görə, vəsaitlərin yoxluğu şəraitində müharibə aclığı çox yaxşı yatırır. Buna görə də, xüsusilə xarici səfərlərində erməni diasporu ilə görüşlərdə Paşinyan millətçilik mövzusunu qabardır və "doğma torpağın bir qarışını da verməyəcəyik" deyərək, Azərbaycanı açıq münaqişəyə çəkir.
Lakin sabah nələrin baş verə biləcəyini, düşünürəm ki, heç o özü də bilmir. Hakimiyyətin dadını görmüş "xaldan çıxmış" adam ondan belə asan əl çəkmək iqtidarında deyil və istənilən yolla hakimiyyəti əlində saxlamağa çalışır", - ekspert deyir.
Boçarovun fikrincə, region ölkələrində - Türkiyədə, İranda, Ermənistanda baş verənlərlə yanaşı, Azərbaycan bütün bu böyük coğrafiyada yeganə sabitlik adasıdır.
İlham Əliyevlə Vladimir Putinin Soçidəki görüşünü şərh edərkən Yuri Boçarov bildirib: "Prezidentlərin son görüşündə onların ünsiyyət səviyyəsi üçün ölkələr arasında ticarət-iqtisadi əlaqələr barədə qeyri-mütənasib şəkildə çox danışıldı. Bu səbəbdən də, anlamağa başlayırsan ki, burada əsas məsələ ticarət deyil, regionda baş verən daha ciddi məsələdir. O qədər ciddi ki, regional "mal dövriyyəsi"ni müzakirə etmək üçün prezidentlərə nədənsə bir görüş azlıq etdi".
Onun fikrincə, region ciddi hadisələrin astanasındadır.
Oxunub: 2039
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"