İdmançımız Qətərdə dünya kubokunda qalib olub


14:22     16 Sentyabr 2018 2018/09/A38199F9-EF0D-49F2-B675-EADE3ADF91EE_1537094312.jpeg

Qətərin paytaxtı Dohada üzgüçülük üzrə dünya kubokunun ikinci mərhələsinin ikinci günündə Azərbaycan idmançısı Maksim Şemberev kişilər arasında 200 metr məsafəyə batterflay üsulu ilə yarışda qalib olub.

Femida.az report-a istinadən bildirir ki, Maksim Şemberev yüksək göstərici ilə qızıl medal qazanıb.

200 metr məsafəyə batterflay üsulu ilə yarışda ikinci yerə Macarıstan idmançısı David Verrasto, 3-cü yerə isə Çin komandasının idmançısı Yuhanq Vu çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 896