Şeyx Qaraçay-Çərkəz Respublikasına səfərə gedib
10:06 17 Sentyabr 2018
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfərə yola düşür.
QMİ-nin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, səfərdə məqsəd Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etməkdir.
Yaradılmasının 20 illiyi tamam olan Mərkəzin təsisçisi Qafqaz Xalqları Ali Dini Şurasının təşkilatçılığı ilə Çerkessk şəhərində sentyabrın 15-də təntənəli toplantı keçiriləcək.
Qeyd edək ki, Mərkəz 1998-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Xalqları Ali Dini Şurası (QXADŞ) tərəfindən təsis edilib.
QXADŞ ilə Şimali Qafqaz müftiləri arasında əməkdaşlıq səviyyəsinin, koordinasiya işinin yüksəldilməsi məqsədinə xidmət edən Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinə Şimali Qafqazın bütün müftiləri daxildir və sədri Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevdir.
Əlaqələndirmə Mərkəzinin 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə təsisçi və təşkilatçı qurumun rəhbəri olaraq şeyxülislam A.Paşazadənin məruzəsində Mərkəzin tarixinə, fəaliyyət uğurlarına dair məqamlarla yanaşı, Azərbaycan-Rusiya mənəvi əlaqələrinin qorunub saxlanılması, inkişaf etdirilməsinə verilən töhfələr, habelə Azərbaycan dövlətinin, onun liderinin bölgəmiz və dünya üçün əhəmiyyətli təşəbbüs və ideyalarının önəmi vurğulanacaq.
Təntənəli ildönümü mərasiminə Rusiya Federasiyasının Prezident Aparatının məsul rəsmiləri, RF Şimali Qafqaz subyekti olan Respublikaların rəhbərlərinin, RF digər respublikalarının dini liderlərinin, habelə Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanının müavininin qonaq qismində qatılacağı nəzərdə tutulub.
Qeyd edək ki, Əlaqələndirmə Mərkəzinin üzvləri Azərbaycanda keçirilən dinlərarası dialoqa dair bütün mühüm tədbirlərdə yaxından iştirak edib və dəfələrlə dövlət başçımız tərəfindən rəsmi qəbul olunublar. Azərbaycanda Prezident İlham Əliyev tərəfindən elan olunmuş Multikulturalizm və İslam Həmrəyliyi illəri çərçivəsində Bakıda, Rusiya Federasiyasında, habelə Türkiyə, Özbəkistan və b. ölkələrdə keçirilən tədbirlərin fəal iştirakçıları olublar.
Femida.az
Oxunub: 624
Oxşar xəbərlər
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Şeyx Ərdəbil məscidinin imamı Amuliyə cavab verdi
- Şeyx yeni dini liderlər şurasının yaradılması təşəbbüsü ilə çıxış edib
- Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur"
- Şeyxülislamdan Ramazan təbriki
- “Nəvələrimi Hərbi Qənimətlər Parkına aparacağam” - Şeyx
- Şeyxülislam: “Dağıdılan 64 məsciddən tezliklə azan səsi gələcək”
- Şeyx Beynəlxalq Dialoq Mərkəzinin növbəti vebinar iclasında iştirak edib
- Şeyxülislam: “İlham Əliyev tarixə Fateh kimi daxil oldu”
- Şeyxülislam Allahşükür Paşazadə bəyanat verib