İbrahim Nehrəmlinin şirkəti məhkəməyə verilib


10:23     17 Sentyabr 2018 publika.az14018086731386491968_haci-ibrahim-nehremli.jpg

“AAC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “Avesta Konserni” MMC-ni məhkəməyə verib.

Femida.az Report-a istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “AAC” pul barədə tələb irəli sürüb.

Tələb olunan pulun məbləği açıqlanmır.

Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan “Avesta Konserni” MMC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, çoxmərtəbəli yaşayış binalarının və digər obyektlərin tikintisi ilə məşğul olan “Avesta Konserni”nin sahibi Hacı İbrahim Nehrəmlidir (İbrahimov).

“Synergy Group” ASC-nin təsis etdiyi “AAC” MMC Azərbaycanda və Cənubi Qafqazda “Gobustone” brend adı ilə məsaməli qazobeton blokların istehsalçısıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1180