Ərini sevgilisi ilə bir evdə tutdu və ... - Füzulidə CİNAYƏT


11:54     17 Sentyabr 2018 exlaqsiz%20yuvasi%20qadin%20alveri.jpg

Füzuli rayonunda qadın qadını bıçaqlayıb.



Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Fin şəhərciyində baş verib.

Evli olan kişi başqa bir qadınla sevgili olub və mütəmadi görüşüb. Onun arvadı da bu hadisədən məlumatlı olub. Ərini izləyən qadın onun başqa qadınla görüşdüyünün şahidi olub. Onların birgə olduğu evə gələn qadın ərinin sevgilisinə çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı olan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən qadın isə saxlanılıb.

Füzuli Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Şöbədən bildirilib ki, hadisə ailə məsələsi olduğu üçün adlar açıqlanmır. Hazırda istintaq davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 3394