Nazirlikdən yenilik: “Microsoft Office 365” lisenziyasının satışı başladı
12:04 17 Sentyabr 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır.
Femida.az NRYTN-ə istinadən xəbər verir ki, artıq müştərilər “bulud” üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur:
“Office 365 Business Essentials”, “Office 365 Business” və “Office 365 Business Premium”. Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur.
“Microsoft Office 365”-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, “Microsoft Office” proqramları ilə işləmək mümkün olacaq.
Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin “Office 365”-in quraşdırılması və idarə olunması da çox sadədir.
Femida.az
Oxunub: 859
Oxşar xəbərlər
- Prezident yeni NRYTN nazirini videoformatda qəbul etdi
- Prezident bu şəxsi yeni nazir təyin etdi
- NRYTN: Kiberhücumların sayı artıb
- NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir
- Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır
- Nazirlikdən əhaliyə müraciət: "Tanımadığınız zəng və mesajlara cavab verməyin"
- Azərbaycan Asiya-Sakit okean İnformasiya Super Magistralı iclasına qatılıb
- “Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir
- Nazirlik regionlarda telekommunikasiya imkanlarını genişləndirir
- “Baktelecom” 2 milyona yaxın sorğu qəbul edib