Bu marşrut avtobusu yenidən fəaliyyətə başlayır


09:45     08 Oktyabr 2015 1_13.jpg

Bakıda 20 saylı marşrut avtobusu işə salınır.


Femida.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir ki, sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, oktyabrın 8-dən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayacaq.

Marşrut avtobusunun hərəkət cədvəli “Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə Avtovağzala qədər olacaq.

Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi, eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir.

Açar sözlər:

Oxunub: 608