Ərdoğan: Qarabağ əsl sahiblərinə qaytarılmalıdır


12:41     17 Sentyabr 2018 erdogan.jpg

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Minsk qrupunun passivliyinin göstəricisidir.

Ərdoğan bildirib ki, həmsədrlər münaqişənin həlli üçün məhsuldar addımlar atacaq.

“Minsk qrupunun əsas vəzifəsi Dağlıq Qarabağdakı işğal altındakı torpaqların bir an öncə əsl sahiblərinə qaytarılmasını təmin etməkdir. Ümid edirik ki, onlar bunun öhdəsindən gələcəklər”, - Ərdoğan əlavə edib. / virtualaz.org

Femida.az

Açar sözlər:

Oxunub: 377