Ermənilər 4-5 hərbi qulluqçusunu itirib - MN-dən AÇIQLAMA
13:00 17 Sentyabr 2018
Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.
Femida.az xəbər verir ki, bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:
"Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".
Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:
"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır".
Femida.az
Oxunub: 829
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik: "Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib"
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib