Üzeyir Hacıbəylinin 133 illiyi qeyd olunacaq


13:12     17 Sentyabr 2018 18_09_17_1537175712.jpg


Sabah Azərbaycan milli musiqisinin dahisi Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümüdür.

Bununla bağlı ölməz sənətkarın ev muzeyində tədbir təşkil olunacaq. Bu barədə Femida.az-a bəstəkarın ev muzeyindən bildirilib. Tədbirdə onun ailə üzvləri və incəsənət nümayəndələrinin iştirakı gözlənilir. İki hissədən ibarət olacaq tədbir bəddi və konsert olmaqla iki yerə bölünəcək.

Mərasim saat 14:00-da başlayacaq. Giriş sərbəstdir.

Açar sözlər: #Üzeyir_Hacıbəyli   #musiqi   #sənətkar  

Oxunub: 1016