Evinə gələn qonağı öldürdü


13:33     17 Sentyabr 2018 bicaqlanma6.jpg

Sentyabrın 15-də Şəmkir rayon sakini Bahadur Qasımov Rayon Polis Şöbəsinə gələrək Gəncə şəhərindəki evində Daşkəsən rayon sakini Asif İsayevi bıçaqla qətlə yetirdiyini bildirib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, B.Qasımov aidiyyəti üzrə Kəpəz RPİ-nin əməkdaşlarına təhvil verilib. Araşdırmalarla onun həmin gün münaqişə zəminində A.İsayevə bıçaqla xəsarət yetirib qətlə yetirməsi müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1028