15 gündə 51 yol qəzası - 26 ölü, 65 yaralı


14:39     17 Sentyabr 2018 big_1405422456_qeza.jpg

Sentyabr ayının 15 günündə respublikanın avtomobil yollarında 51 yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 26 nəfər ölüb, 65 nəfər isə xəsarət alıb.

Qeyd edək ki, avqust ayında respublikanın avtomobil yollarında 134 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 67 nəfər ölüb, 241 nəfər isə yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 842