Nazirlik avtobuslarını satışa çıxardı


15:46     17 Sentyabr 2018 2018/09/15761399397_5d9878f83f_b_1537185330.jpg


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi özəlləşdirməyə 35 avtobus təqdim edib.


Femida.az xəbər verir ki, hərraca təqdim edilən avtobuslar nazirliyin Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC-nin tabeli təşkilatı olan 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-yə məxsusdur.

Özəlləşdirməyə birdəfəyə 27 ədəd “Daevoo BC212MA” markalı, 8 ədəd isə “Man Lion S Klassik A-74” markalı avtobus təqdim edilir.

2008-ci ilin istehsalı olan 35 avtomobilin qiyməti istifadə edilmə müddətinə əsasən dəyişir.

“Daevoo BC212MA” markalı avtobuslar üçün müəyyən edilən ilkin start qiyməti 13.500 manatla 14.000 manat atasında dəyişir.

“Man Lion S Classik A-74” markalı avtobuslar üçün isə müəyyən edilən ilkin start qiyməti 25.000 manatdır.

Hərrac 16 oktyabr tarixində həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1446