Qızı şəkilləri ilə hədələyib 3000 manat pul tələb etdi


15:59     17 Sentyabr 2018 qiz%20zorlanma4.jpg

Şirvan şəhərində qızı şəkillərini yayacağı ilə hədələyib pul almaq istəyən şəxs saxlanılıb.

Qızının

Femida.az DİN-ə istinadən xəbər verir ki, Şamaxı şəhər sakini Hüseyn Sayılov bir nəfər qızı hədələyərək mobil telefonunda olan ona məxsus şəkilləri və video görüntüləri sosial şəbəkədə yayacağını bildirib. Bunu etməməsi üçün qızın valideynlərindən 3000 manat pul tələb edib.

Məlumatla əlaqədar olaraq Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən H.Sayılov qızın valideynlərindən 3000 manatı alarkən saxlanılıb və şöbəyə gətirilib. Dindirilən zaman H. Sayılov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1684