Nazirlik aztəminatlı ailəyə yardım edib


16:09     17 Sentyabr 2018 2018/09/42890-1537184829_1537186366.jpg

Masallı rayon, Qızılağac kənd sakini Elnurə Əsgərovanın həyat şəraiti ilə bağlı bəzi mətbuat orqanlarında yayımlanan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar.


Nazirlikdən Femida.az-a verilən məlumata görə, ailənin ünvanlı dövlət sosial yardımı alması üçün mövcud qanunvericilik izah olunub, həmçinin ünvanlı yardım üçün ərizənin elektron sistem vasitəsilə təqdim edilməsinə köməklik ediləcəyi də bildirilib.



Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan çanta və gündəlik məktəb ləvazimatlarından ibarət hədiyyə dəsti Elnurə Əsgərovanın övladlarına təqdim edilib. Bundan başqa ailəyə ərzaq yardımı köməkliyi göstərilib.



Femida.az

Açar sözlər:

Oxunub: 747