Türkiyədə daha 4 terrorçu zərərsizləşdirildi


19:01     17 Sentyabr 2018 2018/09/1537184415_1537192178.jpg

Türkiyənin Tunceli bölgəsində keçirilən hava dəstəkli əməliyyatda hücum hazırlığındakı 4 terrorçunun zərərsizləşdirildiyi bildirilib.


Bu barədə Tunceli rəhbərliyindən açıqlama verilib. Tuncelidə hücum hazırlığındakı terrorçulara qarşı Rayon Jandarm Komandanlığı tərəfindən hava dəstəkli əməliyyat keçirildiyi bildirilib. Şəhər daxilində terrorçuların olmasına və zərərsizləşdirilməsinə yönəlmiş işlərin davam etdirildiyi qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 2400