Ata və oğul birləşib idmançını öldürdü - Sumqayıtdakı cinayətin səbəbi məlum oldu

Ata və oğul birləşib idmançını öldürdü - Sumqayıtdakı cinayətin səbəbi məlum oldu


19:00     17 Sentyabr 2018 2018/09/1537188708_41866343_2161839514073139_8234140639365693440_n_1537196099.jpg

Bir neçə gün əvvəl Sumqayıt şəhəri 21-ci məhəllədə baş verən davada bıçaqlanaraq öldürülən Rasif Həbibovun qardaşı Vasif Həbibov hadisənin şok təfərrüatından danışıb.

Femida.az xəbər verir ki, V.Həbibov qardaşı Rasiflə yaxın qonuşusu Ramil İsmayılov adlı şəxs arasında mübahisənin olduğunu və qardaşının telefonun enerji aparatı üstündə öldürüldüyünü deyib.

“Hadisə Ramil İsmayılovla qardaşım arasında baş verən mübahisədən sonra yaşanıb. Qardaşım dostu ilə Sumqayıtdakı ineternet klubların birinə daxil olub. Oranı işlədən şəxsdən telefonunun şarj toplaması üçün adapter istəyib. O da adapterin yerini göstərib. Həmin vaxt Ramilin telefonu enerji yığırmış. Rasif Ramilin telefonunun enerji ilə dolduğunu görüb çıxaranda o söyüş söyməyə başlayıb. Ramil söyüş söyəndən sonra onların arasında mübahisə olub, Rasif onu şillə ilə vurub. Daha sonra həmin məkanı tərk edib".


Bundan sonra Ramil evə gedərək atası Əhədlə birgə Həbibovla münasibətləri aydınlaşdırmaq üçün geri qayıdıb. Vasif bəyin sözlərinə görə, bu zaman onların hər ikisinin üzərində bıçaq olub.

"Ramil atası ilə qayıdaraq, ata-bala Rasifi söyüblər, daha sonra söhbət etmək üçün qardaşımı kənara dəvət ediblər. O, Ramilgilin maşınına minib gedəndə dostu Samir Dadaşov yanında olub. Əhəd qardaşıma söyüş söyüb. Rasif ona “əmi” deyə müraciət edərək söyüş söyməməsini bildirib. Ardınca isə qardaşıma bıçaq zərbəsi vurub. O, yaralanandan sonra Ramilin atası ilə əlbəyaxa olub. Əhəd əlindəki bıçaqla ardıcıl zərbələr vurmağa davam edib. Yanlarında isə Raminlə Samir əlbəyaxa olub bu zaman o, da qardaşımın dostunu bıçaqla yaralayıb. Samirin sözlərinə görə, Ramilin onu vurub meşəliyə doğru qaçanda əlində bıçaq olduğunu görüb. Sonra Samir Rasifi xəstəxanaya aparıb”.

V.Həbibov ata-balanın cinayəti planlayaraq törətdiklərini bildirib:

"Ramil və atası Əhədin evdən çıxma görüntüləri də var. Həmin görüntülərdə onların evdən çıxarkən Ramilin anasının mənzildən necə həyəcanla çıxdığı görünür. Yəqin ki, qadın yoldaşı ilə oğlunun evdən bıçaq götürdüyünü bildiyinə görə həyəcan keçirib”.

Qeyd edək ki, hadisə Sentyabrın 5-də Sumqayıt şəhərinin 21-ci məhəllə ərazisində baş verib. Dava zamanı iki nəfər Sumqayıt şəhər sakinləri 26 yaşlı Rasif Həbibov və 30 yaşlı Samir Dadaşov bıçaqlanıblar. Həkimlərin səylərinə baxmayaraq Rasif Həbibov 9 sentyabrda dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 9012