Su quyusuna düşən kişi boğuldu - Bakıda


20:32     17 Sentyabr 2018 su_quyusu_0111.jpg

Bakının Suraxanı rayonunda 54 yaşlı şəxs su quyusna düşüb.

Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda su quyusunda aşkar edilmiş 1964-cü il təvəllüdlü Nuriyev Emin Rüstəm oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Nuriyevin meyitini dərinliyi, təqribən, 6 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1046