Hikmət Hacıyevə yüksək vəzifə verildi - Prezident Administrasiyasında


09:43     18 Sentyabr 2018 1428524739_hikmet-haciyev.jpg

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev sentyabrın 17-də Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub.


Femida.az Trend-ə istinadən bildirir ki, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qaldığı üçün Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 2014-cü ildən XİN-in Mətbuat xidmətinin rəhbəri işləyirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1323