Azərbaycan nümayəndə heyətindən ÜPİ-yə siyasi bəyanat - Ermənistanla bağlı


11:09     18 Sentyabr 2018 18_09_18_1537254840.jpg


Ümumdünya Poçt İttifaqının 2-ci növbədənkənar konqresi keçirilib. Konqresdə dünyanın 130 ölkəsini təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.

Konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Hökuməti adından Katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20%-nin işğal olunması bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırılıb. Bildirilib ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar, Azərbaycan Respublikası Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistan Respublikasına münasibətdə tətbiq etməyəcək.

“Azərbaycan Respublikasının ərazisinin 20%-nin Ermənistan tərəfindən uzun illər işğal altında saxlanması nəticəsində respublikamızın iqtisadiyyatına, o cümlədən poçt sektoruna külli miqdarda ziyan dəyib. İşğal altında olan Azərbaycan Respublikasının ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsi haqqında müddəalarını (Konvensiya, maddə 6) həyata keçirmək mümkünsüz olub. Ermənistanın “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurum tərəfindən qanunsuz poçt markaları buraxması ÜPİ-nin Ümumdünya Poçt Konvensiyasının tələblərinə ziddir” - bəyanatda qeyd edilib.

Femida.az

Açar sözlər: #Emənistan   #poçt   #nazirlik   #NRYTN  

Oxunub: 538