Üzeyir Hacıbəylinin şəxsi arxivinin təsviri nəşr olundu


11:27     18 Sentyabr 2018 2018/09/uzeyir-hacibeyli_1537255802.jpg

“Elm” nəşriyyatı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda saxlanan şəxsi arxivinin təsvirini çap edib. Bu barədə Femida.az-a Məhəmməd Füzuli adına Əlyazmalar İnstitundan xəbər verilib.

Təsvirdə Ü.Hacıbəylinin tərcümüeyi-halı, şəxsi sənədləri, notları və musiqi nəzəriyyəsi barədə tədqiqatlarının əlyazmaları, məktubları, ictimai fəaliyyəti ilə bağlı sənədlər və s. haqqında məlumatlar əksini tapıb.

Buradaki materialları fil.ü.f.d., mərhum tədqiqatçı Elmira Əlibəyli, elmi işçi Aytən İmanova təsvir etmişlər. Kitabın elmi redaktoru Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, fil.ü.e.d. Paşa Kərimovdur.

Femida.az

Açar sözlər: #Üzeyir_Hacıbəyli   #musiqi  

Oxunub: 846