Toya hücum etdilər: 15 ölü, 25 yaralı


14:38     08 Oktyabr 2015 01d96c1c538488e21482805012df6492.jpg

Yəməndə toy mərasimi keçirilən əraziyə ərəb koalisiyası tərəfindən iki hava zərbəsinin endirilməsi nəticəsində azı 15 nəfər həlak olub, 25 nəfər yaralanıb.


Hadisə Damar əyalətində, paytaxt Sənadan 113 km cənub-şərqdə baş verib.

Qeyd olunur ki, hərbi təyyarələr üsyançı husilərin tərəfdarının toy mərasimini bombardman edib.

İnsidentlə əlaqədar koalisiya rəhbərliyi hələ ki hər hansı şərh verməyib.

Qeyd edək ki, sentyabrın sonunda Qırmızı dəniz sahilində yerləşən Əl-Moxa limanı yaxınlığında toy mərasiminə havadan zərbə endirilməsi nəticəsində 130-dan çox insan həyatını itirib. Hava zərbələrindən ölənlərin əksəriyyəti qadınlar və uşaqlar olub. Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya hadisədə əli olduğunu inkar edib.

Açar sözlər:

Oxunub: 846