Evə basqın etmişdilər - Cinayətkarın biri də tutuldu


12:03     18 Sentyabr 2018 hebs_58.jpg

Sentyabrın 17-də saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evə qarət məqsədi ilə girmiş 2 maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib havaya 2 dəfə atəş açaraq bıçaqla hədələyib pul verməsini tələb ediblər.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Ə.Mustafayev onlardan birini tərkisilah etmiş, digəri isə hadisə yerindən qaçıb. Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olduğu müəyyən edilib.

Cinayətin törədilməsində istifadə edilən “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ağstafa RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1025