Tələbə qız kömək istədi: "Bədənimə aparat yerləşdirib, məni izləyirlər"


12:43     18 Sentyabr 2018 18_09_18_1537260478.jpg

Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə qəribə müraciət daxil olub.

Femida.az xəbər verir ki, gənc xanım quruma müraciət edərək həyatının təhlükədə olduğunu və kömək istədiyini deyib. Səbəbini soruşanda isə xanım bir oğlan tərəfindən onun bədəninə aparat yerləşdirildiyini və bu yolla oğlanın onun izlədiyini deyib. Birliyin sədri Mehriban Xanlarovanın məsələ ilə bağlı “facebook” hesabında yazdığı fikirləri təqdim edirik:

“Zəhmət olmasa yazını oxuyun və mənə məsləhət verin. Bir qız zəng vurub, deyir ki, həyatım təhlükədədir. Soruşram kimdəndir təhlükə? deyir ki, 3 nəfərdir məni izləyir həyatım təhlükədədir. Ailəm qoruxusundan hec bir kömək etmir. Soruşuram təhlükə dedikdə? Deyir bir oğlan vaxtilə bədənimə aparat yerləşdirib, indi hər yerdə məni izləyirlər... Soruşuram, oğlan sənə o aparatı yerləşdirmək üçün toxunub, soyundurub, ya yuxuya verib? Deyir yox, heç kim mənə toxunmayıb. Sadəcə idarə edirlər. Qız unuversitet tələbəsidir. Deyirəm polisə müraciət etmisiz? Deyir yox, mən gəlim sığınacağa və s. Deyirəm bəs dərsə gedəndə təhlükəsizliyinizi kim təmin edəcək. Siz polisə deyin ki, o təhlükənin qarşısnı alsın.

P. S. Həyatımda 4 cü haldır ki, bədənimə nəsə yeridiblər məni idarə edirlər və s deyən qadına rast gəlirəm. Qıza başa saldım ki, psixiatra müraciət etsin. Ola bilər hansısa sterss nəticəsdir. Amma yenə də sualım Sizədir. Bu cür müraciətlərlə üzləşdiyiniz olurmu?”



Femida.az

Açar sözlər: #tələbə   #qadın  

Oxunub: 3950