ABŞ rəsmisi Suriya ilə Rusiyanı səhv saldı


14:43     08 Oktyabr 2015 kirby.jpg

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Rusiya ilə Suriyanı səhv salıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, anlaşılmazlıq jurnalistlər üçün keçirilən gündəlik brifinqdə baş verib.

“İŞİD-ə qarşı hərbi əməliyyat davam etdiriləcək və səngimək bilməyəcək. Ən əsası isə - Rusiyada Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, C.Kirbi deyib.

Jurnalistlərin təəccübləndiyini görən C.Kirbi “Mən nə dedim ki?” sualını verib, bir qədər sonra isə təbəssümlə yanlışlığını etiraf edib.

Açar sözlər:

Oxunub: 769