Milli Məclisin bütün komitə iclasları ləğv edildi


13:07     18 Sentyabr 2018 18_09_18_1537262876.jpg


Milli Məclisin (MM) rəhbərliyi bir neçə gündən sonra öz işinə start verəcək 2018-ci il payız sessiyası ilə bağlı parlamentin komitə iclalarının təxirə salınması barədə göstəriş verib.

MM-dən bildirilib ki, bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illik yubileyi ilə bağlı parlamentin ayın 21-də keçiriləcək xüsusi və təntənəli iclası ilə bağlıdır.

Məlumata görə, parlament rəhbərliyi bütün diqqətin bu yubliey tədbirinin yüksək səviyyədə keçirilməsinə yönləndərilməsi üçün tapşırıq verib.

Odur ki, MM-in bu həftəyə təyin edilmiş bütün komitə iclasları, o cümlədən, bu günə təyin olunmuş Səhiyyə, İqtisadi siyasət, Sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin, o cümlədən, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasları ləğv edilib və gələn həftəyə planlaşdırılıb.

Qeyd edək ki, xüsusi və təntənəli iclsda Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən, 14 ölkənin parlament sədrinin iştirakı gözlənilir.(oxu.az)

Femida.az

Açar sözlər:

Oxunub: 405