Bakıda zəncirvari qəza: maşınlarda uşaqlar olub – FOTO


13:27     18 Sentyabr 2018 18_09_18_1537263497.jpg


Bakının mərkəzində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu, Müşfiq küçəsində, 20 saylı məktəbin yaxınlığında baş verib.

Hadisə zamanı dörd avtomobil toqquşub: “Mercedes”, “BMW”, “Nissan” və “Toyota”. Qəza zamanı “Nissan” avtomobili aşıb.

Hadisə yerinə yol polisinin və təcili yardım briqadasının əməkdaşları cəlb edilib.

Şahidlərin sözlərinə görə, avtomobillərdə uşaqlar olub. Yaralılar var.





Femida.az

Açar sözlər:

Oxunub: 963