Gömrükdə külli miqdarda qızıl aşkarlanıb
13:52 18 Sentyabr 2018
Gömrükçülər külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl çantasını rentgen aparatından keçirib, gömrük nəzarətini tərk etmək istəyərkən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub. Vətəndaş əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş və içərisində 7 ədəd üzük, 7 cüt sırğa, 5 ədəd qolbaq, 3 ədəd kulonlu boyunbağı olan sellofan paketi şalvarının arxa cibindən çıxararaq gömrük əməkdaşına təqdim edib.
Aşkar edilən predmetlər ümumi çəkisi 154,0 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 1008
Oxşar xəbərlər
- Azərbaycan gömrükdə saxlanc, yükləmə-boşaltma xərclərini optimallaşdıracaq
- Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişib
- Gömrükdə böyük narkotik əməliyyatı: 622 kq heroin aşkarlandı
- Gömrükdə növbəti əməliyyat: 244 kq heroin ələ keçirildi
- Gömrükdən gizlədilən siqaretlər aşkarlandı
- Son 3 ildə gömrükdə 4,6 ton narkotik aşkarlanıb
- Gömrükdə gizlədilmiş dərmanlar aşkarlandı
- Gömrükdə əməliyyat: Qızıl-zinət əşyaları müsadirə edildi
- Gömrükdə narkotik vasitə və psixotrop maddələr aşkarlandı - VİDEO
- Gömrükdəki vəzifəli şəxslərə birdəfəlik müavinət verilməsi qaydası dəyişir