Lənkəranda zəncirvari qəza - Yaralılar var


13:55     18 Sentyabr 2018 qeza_yeni.jpg

Lənkəran şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Lənkəran şəhəri ərazisindən keçən hissəsində, "Ləvəngi" dairəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakininin idarə etdiyi "VAZ-2107" markalı, 12-BG-301 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya səbəb olub. Nəticədə "Mersedes" markalı, 42-BC-401 və 99-EZ-309 dövlət qeydiyyat nişanlı avtomovillər bir-birinə çırpılıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Biri yüngül olmaqla digər iki nəfər, Biləsuvar rayon Təzəkənd kənd sakinləri 1968-ci il təvəllüdlü Əlifağa Pilağa oğlu Muradov və 1985-ci il təvəllüdlü Vüqar Şamil oğlu Rəsulov travmatalogiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1237