Bakı metrosunda musiqi dəqiqələri - Fotolar


14:31     18 Sentyabr 2018 2018/09/15372636732221332759_1000x669_3074533682.jpg

18 sentyabr - Milli Musiqi Günü münasibətlə Bakı Metropolitenin “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqramı təşkil olunub. Musiqi proqramı tamaşaçılara xoş əhval-ruhiyyə bəxş edib və rəğbətlə qarşılanıb.


Musiqi əsrlərini böyük şövqlə dinləyən paytaxt sakini Şahnaz Məmmədova Femida.az-a müsahibəsində vurğulayıb ki, Üzeyir Hacıbəylinin yazdığı əsərlər bənzərsizliyi ilə fərqlənir, dünyanın ən gözəl və dəyərli musiqi inciləridir. İstərdim ki, qədim tarixə malik musiqimiz həmişə qorunub saxlansın. Klassik musiqimizlə yanaşı, Azərbaycan muğamı da bütün dünyada məşhurdur və geniş təbliğ olunur.



O, insanların zövqünü oxşayan, onlara gözəl mənəvi qida verən belə bir musiqi proqramının təşkilatçılarına öz minnətdarlığını bildirib.

Qeyd edək ki, bu əlamətdar günlə əlaqədar metronun digər stansiyalarında da Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.





Femida.az

Açar sözlər:

Oxunub: 1439