Cəbhədə monitorinq keçiriləcək - Müdafiə Nazirliyi


15:16     08 Oktyabr 2015 müdafiə%20nazirliyi.jpg


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.

Açar sözlər:

Oxunub: 710