Azərbaycanda bu müəllimlərin maaşı artırıldı
16:09 18 Sentyabr 2018
NEC Elmi Şurasının iclası zamanı 2018-2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a dəyişikliklər təsdiqlənib.
Bu barədə Femida.az-a UNEC-dən məlumat verilib.
Qaydalara edilən dəyişikliklərin əsas məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əmək haqqı sistemi UNEC-də tam ştat, 0,75 ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir.
Differensial əmək haqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin nəşr edilməsinə, nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsinə, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.
Femida.az
Oxunub: 1975
Oxşar xəbərlər
- UNEC-in dosenti vəfat edib
- UNEC-ə yeni prorektorlar təyin edilib
- UNEC-də əmək haqları artırıldı
- Bakıda universitetdə yanğın olub
- UNEC-də tələbə rektor seçilib
- UNEC-də TEDx konfransı keçirilib
- UNEC tələbələri Koreyada təhsil alacaq
- Abituriyentlər UNEC-lə tanış olublar
- Nobel mükafatçısı UNEC-də olub
- Türk dünyasının alimləri UNEC-də