XI sinif şagirdi atasını niyə öldürüb? – Səbəb...


16:34     18 Sentyabr 2018 18_09_18_1537274242.jpg


2 gün əvvəl Göygöl rayonunun Yeni Qızılca kəndində 17 yaşlı oğlanın atasını qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Femida.az publika.az-a istinadən xəbər verir ki, sentyabrın 16-na keçən gecə atası Ramil Quliyevi balta və bıçaqla öldürən Eşqin Quliyev bu günlərdə orta məktəbin 11-ci sinfinə gedəcəkmiş.

Yeni Qızılca kənd orta məktəbinin direktor müavini Səbinə Məmmədova bildirib ki, Eşqin müsbət xarakterli və məsuliyyətli şagird olub: "Çox ağıllı, tərbiyəli, yaxşı oxuyan şagird idi. Həm də davamiyyəti yaxşı idi, dərslərdə sonadək iştirak edirdi, müəllimləri də ondan çox razı idi. Kiçik bacısı da bizim məktəbdə oxuyur.

Bildiyimizə görə, atası Bakıda işləyirdi. Bir neçə dəfə məktəbə gəlib uşaqların təhsili ilə maraqlanmışdı, Bakıda olduğu üçün onlarla çox maraqlana bilmədiyini deyirdi. Hadisənin isə hansı səbəbdən baş verdiyini dəqiq bilmirik. Biz də camaat kimi deyilənləri eşitmişik”.

Qeyd edək ki, qətl hadisəsi ailə münaqişəsi zəminində baş verib. 17 yaşlı Eşqin Quliyev gecə saatlarında anasını döyən atası Ramil Quliyevə balta ilə zərbələr endirib. O, daha sonra atasına bıçaqla bir neçə zərbə endirib. 37 yaşlı R.Quliyev hadisə yerindəcə keçinib.

Hadisəni törədən E.Quliyev saxlanılıb, faktla bağlı cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1761