Qubada naməlum kişi meyiti tapılıb


18:46     18 Sentyabr 2018 meyit.jpg


Quba rayonunda küçədə naməlum kişi meyiti tapılıb.

Femida.az-ın Report-a istinadən məlumatına görə, 40-45 yaşı olan kişi meyiti yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Meyit muayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə yerləşdirilib. Ölənin şəxsiyyəti və ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1374