Dini ayinləri qanunazidd qaydada icra etdilər - Məhkəməlik oldular
18:57 18 Sentyabr 2018
Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış keçirilib.
Dövlət Komitəsindən Femida.az-a verilən məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də "Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib. Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.
Femida.az
Oxunub: 1325
Oxşar xəbərlər
- Dini mərasim keçirmək istəyən 10 nəfər cərimələnib, 2 nəfər həbs edilib
- Dini mərasimlərlə bağlı əhaliyə müraciət edildi
- Dini kofessiyaların rəhbərləri Polad Həşimovun və İlqar Mirzəyevin məzarını ziyarət edib
- Dini qurumlara maliyyə yardımı ayrıldı
- Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib
- Dini konfessiya rəhbərlərinin Məşvərət Şurası təsis edildi
- Dini mərkəzlər xaricdə filial və ya nümayəndəlik yarada biləcək
- Dini təhsilin təşkil edilməsi qaydası müəyyənləşir
- Dini liderlərin Qarabağ üzrə üçtərəfli dialoqu bərpa oluna bilər
- Dini liderlər telefonla danışdılar