Rusiyadan İsrailə xəbərdarlıq: “Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq”

Rusiyadan İsrailə xəbərdarlıq: “Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq”


19:26     18 Sentyabr 2018 18_09_18_1537280256.jpg


“Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq, bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”.

Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib.

Lakin o, cavab tədbirinin nədən ibarət olacağını açıqlayıb.

Qeyd edək ki, sentyabrın 17-dən 18-nə gecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.

Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 2169