Nazirlə görüşmək istəyənlər DİQQƏT! - Qəbul Qazaxda keçiriləcək


18:17     18 Sentyabr 2018 18_09_18_1537280692.jpg


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 21 sentyabr 2018-ci il tarixində saat 12:00-da Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

Femida.az xəbər verir ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün aşağıdakı telefonlara zəng etmələri xahiş olunur:



Femida.az

Açar sözlər: #nazir   #NRYTN  

Oxunub: 600