DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırıldı


20:20     18 Sentyabr 2018 yol%20temir.jpg

Bakının Yasamal rayonu “Sovetski” adlanan ərazidə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində koomunikasiya xətlərinin yenilənməsi və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar Nəriman Nərimanov prospektinin Mirzağa Əliyev küçəsi ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, prospektdən keçən nəqliyyat vasitələri müvəqqəti olaraq təşkil edilən yola yönləndirilib. Mirzəağa Əliyev küçəsinin Nəriman Nərimanov prospektinə çıxışda da məhdudiyyət tətbiq edildiyindən sürücülər alternativ olaraq ətraf küçələrdən istifadə edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 932