Kürdəmirdə insident: qonşusunu güllələdi
21:58 18 Sentyabr 2018
Kürdəmir rayonunda 30 yaşlı kişi qonşusu tərəfindən güllələnərək öldürülüb.
Femida.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini, Nəsrəddin Tusi küçəsi 3a ünvanında qeydiyyatda olan 44 yaşlı Mübariz Əlirza oğlu Əhmədov qısqanclıq zəminində qonşusu, 30 yaşlı Elsəvər İbrahimxəlil oğlu Məmmədovu ov tüfəngi ilə vurub. Yaralı ağır vəziyyətdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilərək dərhal əməliyyata alınıb. Ancaq həkimlərin səyinə baxmayaraq, E.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Kürdəmir rayon Polis şöbəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Mübariz Əhmədov saxlanılıb. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.
Femida.az
Oxunub: 845
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"