Prezident: Bu il 600 kəndin yolu təmir olunacaq
22:14 18 Sentyabr 2018
"Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir"
Femida.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvara səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışı oldu. “Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər”, - deyə Prezident İlham Əliyev bildirib.
Femida.az
Oxunub: 398
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"