Neftimizin qiyməti 81 dollara yaxınlaşır


09:33     19 Sentyabr 2018 neft.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,75 dollar və yaxud 0,94% artıb.

Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 80,66 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Femida.az

Açar sözlər: neft  

Oxunub: 445