Binəqədidə faciə: Özünə od vurub yandırdı


15:59     08 Oktyabr 2015 e9b115d0c4df7047f0fbb50c19bf73af.jpg

Azərbaycan paytaxtında intihar hadisəsi baş verib.


Bakının Binəqədi rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, Rəsulzadə qəsəbəsində qəsəbə sakini Ələkbər Zahid oğlu Məmmədov üzərinə benzin tökərək od vurub. Qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilən Ə. Məmmədovu xilas etmək mümkün olmayıb və orada ölüb.

İlkin məlumata görə, məhkəmə Ə. Məmmədovun yaşadığı evin qanunsuz tikili olması və evin boşaldılması barədə qərar çıxarıb. Dünən məhkəmə icraçıları Ə. Məmmədovun evinə gələrək qərarın icrasını tələb ediblər. Ə. Məmmədov da buna etiraz edərək özünü yandırıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, istintaq gedir.

Açar sözlər:

Oxunub: 1145